Aİ İrana qarşı yeni sanksiyalar tətbiq edir
Avropa İttifaqının xarici siyasət üzrə rəhbəri Kaya Kallas açıqlayıb ki, birliyin 27 üzv ölkəsi 19 İran rəsmisi və təşkilatına qarşı yeni sanksiyalar tətbiq edir.
TodayPress TV xəbər verir ki, bu barədə o, sosial media açıqlayıb.
Onun sözlərinə görə, İrana qarşı müharibə davam etdiyi müddətcə, Aİ öz maraqlarını müdafiə edəcək və daxili repressiyalara görə məsul olanları təqib edəcək.
Bu, həm də Tehrana İranın gələcəyinin repressiya üzərində qurulmaması barədə bir siqnaldır.
Türkan İsgəndərli