Aİ geri addım atdı: "Ukrayna-Rusiya danışıqları üçün hələ vaxt çatmayıb"
Avropa İttifaqı (Aİ) hələ ki, Ukrayna məsələsi üzrə Rusiya ilə danışıqlara başlamaq vaxtı çatdığını hesab etmir.
TodayPress TV xəbər verir ki, bu barədə Aİ sammitindən sonra Avropa İttifaqı Şurasının sədri Antonio Koşta bəyan edib.
"Təəssüf ki, danışıqlar üçün vaxt hələ gəlməyib. Lakin hər bir halda, biz Rusiya ilə bu birbaşa təması dərhal qurmalıyıq", - deyə o bildirib.
Koşta əlavə edib ki, Aİ danışıqlar masası arxasında təmsil olunmalı olsa da, o, Ukraynanı əvəz etməyəcək.
Aysel Mətləb