ABŞ Venesuela ilə neft sazişini niyə sürətləndirdi? - Səbəb İran imiş...

ABŞ Venesuela ilə neft sazişini niyə sürətləndirdi? - Səbəb İran imiş...
30.08.2026 22:17 Dünya

İranla uzunmüddətli münaqişə və ABŞ Konqresinə keçiriləcək aralıq seçkilər ABŞ administrasiyasını Venesuela ilə neft sazişi barədə mümkün qədər tez açıqlama verməyə sövq edib.

TodayPress TV xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın administrasiyasında “enerji daşıyıcılarının qlobal tədarükünə zərbə vuran, populyarlıq qazanmayan uzunmüddətli İran müharibəsi fonunda” saziş barədə mümkün qədər tez ictimaiyyətə məlumat verilməsinin vacib olduğu qənaəti formalaşıb.

Nəşrin həmsöhbətləri bildiriblər ki, Konqresə keçiriləcək aralıq seçkilər ərəfəsində Tramp üçün “amerikalıları Yaxın Şərqdəki sarsıntılardan qoruya biləcəyini” göstərmək də vacib olub.

Qəzet qeyd edir ki, neft sazişi üzrə danışıqlar bir neçə ay davam edib və bu müddət ərzində ABŞ rəsmiləri dəfələrlə Karakasa səfər ediblər.

Həmçinin avqustun 28-i Tramp Venesuela ilə “təsdiqlənmiş neft ehtiyatlarından 65 milyard bareldən çoxunun ABŞ-nin nəzarətinə keçməsini” nəzərdə tutan sazişin bağlandığını açıqlayıb.

Bolivar Respublikasının Prezidentinin səlahiyyətli nümayəndəsi Delsi Rodriqesin izah etdiyi kimi, razılaşma 17 yatağın işlənməsini nəzərdə tutur.

Aysel Mətləb

XƏBƏR LENTİ
30 AVQUST 2026
Bütün Xəbərlər