ABŞ və Kanadanın göl “davası” böyüyür - “Google” də məsələyə qarışdı
ABŞ Prezidenti Donald Trampın Ontario gölünün adını “Amerika gölü” olaraq dəyişdirməsinə Kanada tərəfi etirazını davam etdirir.
TodayPress TV xəbər verir ki, Ontario əyalətinin baş naziri Duq Ford gölün sahilində üzərində “Ontario gölü” yazılan lövhə quraşdırıb.
Ford bildirib ki, Tramp gölü istədiyi kimi adlandıra bilər, lakin bütün dünyanın bu su hövzəsini həmişə Ontario gölü adlandıracağını deyib.
Buna cavab olaraq Tramp süni intellektlə hazırlanmış video yayımlayıb. Videoda ABŞ prezidenti Ontario gölünün sahilindəki “Ontario gölü” yazılı lövhəni sökdürərək yerinə “Amerika gölü” yazılan lövhə quraşdırır və daha sonra özünəməxsus rəqsi edir.
Bu arada Google Maps də ABŞ ərazisində gölün adını “Lake America” kimi göstərməyə başlayıb. Kanadada isə “Lake Ontario” adı saxlanılacaq. Digər ölkələrdə istifadəçilər hər iki adı - “Lake Ontario (Lake America)” formasında görə biləcəklər.
Google bildirib ki, xəritə xidməti coğrafi adları dövlət qurumlarının rəsmi məlumatlarına uyğun yeniləyir. ABŞ-nin Coğrafi Adlar üzrə İnformasiya Sistemi (GNIS) avqustun 27-də Trampın müvafiq sərəncamı imzalamasından sonra gölün adını rəsmi olaraq dəyişib.
Kübra Musayeva