ABŞ və İranın sülh sazişi neft qiymətlərini aşağı saldı
ABŞ və İranın müvəqqəti sülh sazişi imzalamasından sonra neft qiymətləri aşağı düşüb.
TodayPress TV xəbər verir ki, "Brent" markalı xam neft 1,53 dollar, yaxud 1,9 faiz ucuzlaşaraq bir barreli 78,02 dollara enib.
Qeyd edək ki, bir neçə günlük enişdən sonra, ABŞ lideri Donald Trampın İranın "özünü yaxşı aparmayacağı" təqdirdə ABŞ-nin "yenidən bomba yağdırmağa başlaya biləcəyi" barədə xəbərdarlıq etməsindən sonra "Brent"in qiyməti qısamüddətli olaraq bir barrel üçün 81 dolları keçmişdi.