ABŞ səfirliyi: "İran İraqdakı neft şirkətlərimizi vura bilər"
“İran və onun Yaxın Şərqdəki əlaqəli qrupları İraqın neft və qaz sektorunda fəaliyyət göstərən Amerika müəssisələrinə qarşı hücumlar həyata keçirə bilər”.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin Bağdaddakı səfirliyi tərəfindən verilən xəbərdarlıqda deyilib.
"İran və İranla əlaqəli qruplar İraqda ABŞ-yə məxsus neft şirkətlərini və enerji infrastrukturunu hədəf almağı planlaşdıra bilərlər. Onlar, həmçinin İraqdakı otelləri, o cümlədən amerikalıların tez-tez qaldığı İraq Kürdüstanındakı otelləri hədəfə alıblar", - deyə xəbərdarlıqda bildirilib.
Aysel Mətləb