ABŞ-nin Rusiyadakı səfiri öz missiyasını başa çatdırır
ABŞ-nin Rusiyadakı səfiri Lin Treysi tezliklə diplomatik missiyasını başa çatdırır.
TodayPress TV xəbər verir ki, bu barədə məlumat ABŞ-nin Moskvadakı səfirliyi məlumat yayıb.
Lin Treysi 2023-cü il 30 yanvar tarixindən ABŞ-nin Rusiyadakı səfiri kimi fəaliyyət göstərib. O, daha əvvəl ABŞ-nin Ermənistan, Türkmənistan, Pakistan, Qazaxıstan, Əfqanıstan və Qırğızıstandakı diplomatik missiyalarında da çalışıb.
Xidmətlərinə görə Treysi Dövlət Katibinin Cəsarət Mükafatı və Fərqli Xidmət Mükafatı ilə təltif edilib. Onun gedişi ABŞ-Rusiya münasibətlərinin kritik mərhələsində baş verir. Yeni səfirin kim olacağı barədə hələ rəsmi açıqlama verilməyib.
Türkan İsgəndərli