ABŞ-nin Küveytdəki səfirliyinə hücum edildi
ABŞ-nin Küveytdəki səfirliyinin binasına edilən hücumun ardınca səfirliyin içərisindən alov və tüstü qalxıb.
TodayPress TV xəbər verir ki, bu barədə görüntüləri “Associated Press” yayıb.
Videoda həyəcan siqnalı eşidilir.
Xatırladaq ki, ABŞ daha əvvəl Küveytdəki amerikalılara gizlənmək və evdə qalmaq barədə təcili xəbərdarlıq etmişdi.