ABŞ-nin İrana zərbəsi: Tehran nüvə silahına nə qədər yaxındır?

ABŞ-nin İrana zərbəsi: Tehran nüvə silahına nə qədər yaxındır?
24.06.2025 18:20 Dünya

ABŞ iyunun 22-də İranın nüvə obyektlərinə hava zərbələri endirib. Rəsmi Vaşinqton bu addımı Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədilə atdığını bildirib. Bu hücum, artıq ikinci həftəsinə qədəm qoyan İran-İsrail qarşıdurmasının fonunda baş verib. Bəs İran nüvə silahına nə qədər yaxındır?

TodayPress TV xəbər verir ki, bu suala dair aparıcı beynəlxalq mənbələrin açıqladığı faktlara əsaslanaraq "Yle" yazı yayımlayıb.

1. İranın zənginləşdirilmiş uran ehtiyatları sürətlə artır

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) bu ilin may ayında yaydığı məlumata görə, İranın 60%-lik zənginləşdirilmiş uran ehtiyatı 408 kiloqrama çatıb. Bu göstərici, nüvə silahı istehsalı üçün tələb olunan 90%-lik zənginləşdirmə səviyyəsinə təhlükəli dərəcədə yaxın sayılır.

Xatırladaq ki, 2023-cü ildə Fordo nüvə obyektində 84%-ə qədər zənginləşdirilmiş uran aşkar edilmişdi. İran bu hadisəni “texniki nasazlıq” kimi izah etsə də, AEBA bildirib ki, İran nüvə silahına malik olmayan ölkələr arasında ən yüksək səviyyədə zənginləşdirilmiş uran istehsal edən yeganə dövlətdir.

Agentlik hesab edir ki, İranın hazırda 9 nüvə başlığı hazırlamaq üçün kifayət qədər materialı mövcuddur.

2. İranın real nüvə bombası hazırlamaq qabiliyyəti hələ sual altındadır

İran rəsmiləri dəfələrlə bəyan ediblər ki, nüvə texnologiyasını yalnız dinc məqsədlər üçün inkişaf etdirirlər. Xarici işlər naziri Abbas Əraqçi may ayında verdiyi açıqlamada bildirib ki, İranın nüvə silahı istehsal etmək imkanı var, lakin belə bir niyyəti yoxdur.

Bununla belə, ABŞ kəşfiyyatının son qiymətləndirmələrinə əsasən, İran yaxın həftələrdə nüvə silahı hazırlaya biləcək potensiala malikdir. ABŞ Dövlət katibi Marko Rubio isə bildirib ki, İrana zərbədən öncə Tehranın nüvə silahı üçün lazım olan bütün imkanları var idi.

AEBA rəhbəri Rafael Qrossi isə "CNN"ə açıqlamasında bildirib ki, İranın nüvə silahı “sabah” hazır olmasa da, bu proses bir ilə də uzanmayacaq.

3. İran nüvə proqramının mərhələlərini gizlətməkdə davam edir

İranın gizli nüvə fəaliyyətləri ilk dəfə 2002-ci ildə aşkar edilib. 2006-cı ildə BMT Təhlükəsizlik Şurası nüvə fəaliyyətləri ilə bağlı İrana sanksiyalar tətbiq edib.

2015-ci ildə əldə olunan nüvə sazişi ilə bu sanksiyalar ləğv olunsa da, ABŞ Prezidenti Donald Tramp 2018-ci ildə razılaşmadan çıxıb və sanksiyaları bərpa edib. 2025-ci ilin əvvəlində yeni sazişlə bağlı danışıqlara start verilsə də, proses irəliləmir.

May ayında AEBA-nın mətbuata sızmış hesabatında qeyd olunub ki, İran 3 müxtəlif obyektində gizli nüvə fəaliyyətini davam etdirir və beynəlxalq müşahidəçilərlə əməkdaşlıqdan yayınır. Tehran isə bu məlumatları təkzib edib.

12 iyun tarixində AEBA Şurası İranın nüvə sazişi öhdəliklərini pozduğunu elan edən qətnamə qəbul etdikdən sonra İran reaksiya olaraq yeni uran zənginləşdirmə mərkəzi quracağını və prosesləri sürətləndirəcəyini bəyan edib.

4. Gərginlik artır, təhlükə böyüyür

Mütəxəssislərin fikrincə, İranın nüvə silahı hazırlamaq üçün texniki imkanları kifayət qədər inkişaf edib. Lakin əsas sual Tehranın bu qərarı nə zaman verəcəyi və beynəlxalq reaksiyanın necə olacağı ilə bağlıdır.

Mövcud vəziyyət regionda və beynəlxalq aləmdə təhlükəli gərginliyin davam edəcəyini göstərir.

Töhfə Səməd

XƏBƏR LENTİ
31 MAY 2026
Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Bütün Xəbərlər