ABŞ Nepal üçün hərəkətə keçdi - 3,6 milyon dollarlıq DƏSTƏK

ABŞ Nepal üçün hərəkətə keçdi - 3,6 milyon dollarlıq DƏSTƏK
30.08.2026 13:12 Dünya

ABŞ Nepalda baş verən dağıdıcı daşqınların nəticələrinin aradan qaldırılması üçün 3,6 milyon dollardan çox humanitar yardım göstərəcək.

TodayPress TV xəbər verir ki, ABŞ Dövlət Departamentinin məlumatına görə, yardım paketinə daşqından zərər çəkən 10 minədək ailə üçün üç aya qədər təcili ərzaq yardımı, eləcə də digər həyati vacib dəstək tədbirləri daxildir. 

ABŞ həmçinin Nepal və Çindəki səfirliklərinin ölkədəki amerikalılara yardım göstərmək və fəlakətin nəticələrinin aradan qaldırılması səylərini dəstəkləmək üçün yerli qurumlarla əməkdaşlıq etdiyini bildirib.

Qeyd edək ki, avqustun 26-da Nepalın Çin sərhədi yaxınlığında baş verən güclü daşqınlar nəticəsində yüzlərlə insan ölüb, minlərlə nəfər isə itkin düşüb.

Kübra Musayeva

XƏBƏR LENTİ
30 AVQUST 2026
Bütün Xəbərlər