ABŞ Küveytdəki səfirliyini bağladı
Amerika Birləşmiş Ştatlarının Küveytdəki Səfirliyi regionda davam edən gərginlik səbəbindən fəaliyyətini “növbəti xəbərdarlığa qədər” dayandırıb.
TodayPress TV xəbər verir ki, bu barədə səfirliyin rəsmi internet səhifəsi məlumat yayıb.
Bütün planlaşdırılmış və təcili konsulluq görüşləri ləğv edilib. Bildirilib ki, səfirlik normal fəaliyyətini bərpa etdikdə bu barədə əlavə məlumat veriləcək.
Qərarın bölgədəki mövcud vəziyyətlə əlaqədar qəbul edildiyi qeyd olunub.
Türkan İsgəndərli