ABŞ-İran sazişinin baş vasitəçisinin İsveçrəyə səfəri LƏĞV EDİLDİ
Pakistanın Baş naziri Şahbaz Şərifin İsveçrə səfəri ləğv edilib.
TodayPress TV xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.
"Şahbaz Şərifin İsveçrəyə planlaşdırılan səfəri səbəbi rəsmi olaraq açıqlanmadan ləğv edilib", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, ABŞ ilə İran arasında son nizamlanma prosesində əsas vasitəçi Pakistan olub və tərəflərin imzaladığı razılaşma İslamabad anlaşma memorandumu adlanır.