ABŞ-də “mavi dalğa” başlayır? - Demokratlar “sükanı” ələ keçirir
Amerikalıların 50%-dən çoxu noyabrın 3-də keçiriləcək ABŞ Konqresinə aralıq seçkilərdə Demokratlar Partiyasının nümayəndələrini dəstəkləməyə hazırdır.
TodayPress TV xəbər verir ki, bu nəticə "The New York Times" (NYT) qəzetinin sifarişi ilə "Siena" tədqiqat mərkəzinin keçirdiyi sorğudan bəlli olub.
Nəticələrə görə, sorğuda iştirak edənlərin 51%-i demokrat namizədləri, 43%-i isə ABŞ Respublikaçılar Partiyasının namizədlərini dəstəkləmək niyyətindədir.
NYT demokratların demək olar ki, bütün ölkə üzrə üstünlüyünü ABŞ lideri Donald Trampın aşağı reytinqi fonunda "mavi dalğa" adlandırıb. Səsvermə ərəfəsində onun dəstək göstəricisi cəmi 38%-dir.
Qeyd edək ki, Konqresə aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Seçkilərdə Senatın (yuxarı palata) 100 üzvündən 33-ü və Nümayəndələr Palatasının (aşağı palata) bütün 435 üzvü yenidən seçiləcək. Hazırda qanunverici orqanın hər iki palatasına respublikaçılar nəzarət edir.
Aysel Mətləb