ABŞ Avropanın yanacağını kəsir? - Aİ səfirlərindən TƏCİLİ GÖRÜŞ

ABŞ Avropanın yanacağını kəsir? - Aİ səfirlərindən TƏCİLİ GÖRÜŞ
03.10.2026 06:10 Dünya

Avropa İttifaqı (Aİ) səfirləri günün ikinci yarısında dizel yanacağı bazarında yaranmış vəziyyətlə bağlı növbədənkənar görüş keçirəcəklər.

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, görüş Aİ-də ABŞ-nin qlobal bazarda qiymətlərin aşağı düşməsinə kömək etmək məqsədilə 120 milyon barel dizel yanacağının satışına təcili başlanılması tələbi ilə bağlı aparılan fəal müzakirələr fonunda keçiriləcək.

Əks halda, ABŞ daxili bazarında qiymətləri aşağı salmaq məqsədilə Avropaya dizel yanacağı tədarükünü tamamilə dayandıracağı ilə hədələyir.

Aysel Mətləb

XƏBƏR LENTİ
03 OKTYABR 2026
Bütün Xəbərlər