ABŞ-dəki yüz minlərlə ukraynalıya ŞAD XƏBƏR: Tramp qərar verdi!
Tramp administrasiyası ukraynalılar üçün müvəqqəti müdafiə statusunun müddətini uzadacaq.
TodayPress TV xəbər verir ki, “Azadlıq Radiosu”nun mənbələrə istinadən yaydığı məlumata görə, qərarla bağlı əlavə təfərrüatların, o cümlədən uzadılmanın əhatə dairəsi və müddətinin yaxın günlərdə açıqlanacağı gözlənilir.
Qərar ABŞ-də yaşayan təxminən 101 min ukraynalının oktyabrın 19-da başa çatacaq müvəqqəti müdafiə statusu ilə bağlı qeyri-müəyyənliklə üzləşdiyi bir vaxtda qəbul edilib.
Kübra Musayeva