Vaşinqton artıq Ukraynanı gözardı edir - Zelenski
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın Ukraynaya hava hücumundan müdafiə raketlərinin tədarükünü gecikdirməsindən narazıdır.
TodayPress TV xəbər verir ki, Zelenski BBC News-a müsahibəsində ABŞ-ın diqqətini Yaxın Şərqə yönəltdiyini və region ölkələrinə Ukraynadan daha çox yardım göstərdiyini bildirib.
O qeyd edib ki, Ukrayna ballistik raketlərdən müdafiə üçün nəzərdə tutulan sursat çatışmazlığı ilə üzləşir, ABŞ isə “Patriot” sistemləri üçün raketlərin tədarükünü gecikdirir.
“ABŞ-dan hava hücumundan müdafiə raketlərini necə əldə edə bilərik? Onlar diqqətlərini Yaxın Şərqə yönəldiblər və həmin regiona daha çox kömək edirlər. Təəssüf ki, bu belədir. Bu məsələ ilə bağlı ciddi suallarımız var”, - deyə Zelenski bildirib.
Jalə Rövşən
Ukrayna Prezidenti Volodimir Zelenski
ABŞ
hava hücumundan müdafiə raketləri
“Patriot” sistemləri
Jalə Rövşən
TodayPress TV