ABŞ 23 sentyabrla bağlı İrana XƏBƏRDARLIQ etdi - Nə baş verəcək?
ABŞ Maliyyə naziri Skott Bessent İran aviaşirkətlərinin sentyabrın 23-dən etibarən dünya üzrə fəaliyyətinin ciddi şəkildə məhdudlaşdırılacağını bildirib.
TodayPress TV xəbər verir ki, Bessentin sözlərinə görə, İran aviaşirkətlərinə xidmət göstərən xarici hava limanları və şirkətlər də ABŞ-nin ikinci dərəcəli sanksiyaları ilə üzləşə bilər.
O bildirib ki, İran təyyarələrinə yanacaq dolduran, eniş xidməti göstərən və ya həmin aviaşirkətlərə bilet satan qurumlar ABŞ-nin dollar maliyyə sistemindən çıxarılma riski daşıyacaq.
“Əgər onlar eniş edərsə, onlara yanacaq, eniş xidməti göstərə və bilet sata bilməzsiniz. Əks halda dollar sistemindən çıxarılacaqsınız”, – deyə Bessent bildirib.
ABŞ rəsmisinin sözlərinə görə, Vaşinqton İranın aviasiya sektoruna təzyiqi artırır və xarici şirkətlərin İran aviaşirkətləri ilə əməkdaşlığının qarşısını almağa çalışır.
Kübra Musayeva