9 ayda 900-ə yaxın əcnəbi Gürcüstandan çıxarılıb

9 ayda 900-ə yaxın əcnəbi Gürcüstandan çıxarılıb
20.10.2025 01:13 Dünya

Gürcüstanda 2025-ci il yanvarın 1-dən sentyabrın 30-dək 851 əcnəbi vətəndaş ölkədən çıxarılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədən deportasiya edilən əcnəbilərin siyahısında Hindistan vətəndaşları 1-ci olub. Üç rüb ərzində ümumilikdə 166 hindistanlı ölkədən çıxarılıb.

Əcnəbilərin deportasiya edilməsinə səbəb onların ölkədə qanuni qalma müddətini keçmələridir. Gürcüstandakı əksər əcnəbilər üçün bu müddət 365 gündür.

TodayPress TV 

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər