SON SUTKA: 6 mindən çox dron havaya qalxdı, döyüşlərin sayı 200-ü keçdi

SON SUTKA: 6 mindən çox dron havaya qalxdı, döyüşlərin sayı 200-ü keçdi
06.08.2026 09:54 Dünya

Sutka ərzində Rusiya-Ukrayna cəbhəsində 216 döyüş toqquşması qeydə alınıb.

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

Məlumata görə,  Rusiya ordusu gün ərzində 28 raket, 52 hava zərbəsi, 199 idarə olunan aviasiya bombası (KAB) tətbiq edib, 6 min 631 kamikadze dron buraxıb və 2 min 324 artilleriya atəşi açıb.

Eyni zamanda, Ukrayna dronları Rusiyanın Yaroslavl vilayətində yerləşən "Slavneft-YANOS" neft emalı zavoduna  zərbə endirib.

Zaporojye vilayəti isə yenidən KAB hücumlarına məruz qalıb.

Cəbhədə vəziyyət gərgin olaraq qalır.

Jalə Rövşən  

XƏBƏR LENTİ
06 AVQUST 2026
Bütün Xəbərlər