30-dan çox əcnəbi Gürcüstandan çıxarıldı

30-dan çox əcnəbi Gürcüstandan çıxarıldı
19.05.2025 18:50 Dünya

Gürcüstan Miqrasiya Departamenti Gürcüstan Daxili İşlər Nazirliyinin digər idarələri ilə sıx əməkdaşlıq edərək son günlər ərzində 33 xarici vətəndaşı ölkədən çıxarıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” yazıb.

Xarici vətəndaşların bir qismi Gürcüstanı könüllü tərk edib, digərləri isə ölkədən zorla çıxarılıb.

Onlar arasında Hindistan, Misir, İordaniya, Türkiyə, Pakistan, Çin, İran, Banqladeş, İraq, Rusiya, Azərbaycan və Türkmənistan vətəndaşları olub.

Deportasiya edilən şəxslərin ölkəyə girişi qanunvericiliyə uyğun olaraq qadağan edilib.

Qeyd edək ki, prel ayında Gürcüstandan 96 vətəndaş deportasiya edilib.



XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər