2025-ci ilin ən məşhur moda markası açıqlandı
“Miu Miu” brendi 2025-ci ilin ikinci rübündə dünyanın ən populyar moda markası olub.
TodayPress TV xəbər verir ki, bu barədə “Lyst” Instagram sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Bildirilib ki, ikinci yerdə daha əvvəl reytinqə başçılıq etmiş İspaniyanın “Loewe” moda evi qərarlaşıb. İlk üçlüyə Parisin yüksək moda brendi “Saint Laurent” də daxil olub.
Qeyd edək ki, məşhur moda brendlərinin siyahısına “Prada”, “Coach”, “The Row”, “COS”, “Chloé”, “Bottega Veneta” və “Moncler” də daxildir.
Aysel Mətləb