150 fələstinlinin cəsədi Qəzzaya qaytarıldı

150 fələstinlinin cəsədi Qəzzaya qaytarıldı
19.10.2025 19:26 Dünya

Qəzza zolağının Səhiyyə Nazirliyi İsraildən münaqişə zamanı həlak olmuş 150 fələstinlinin meyitini alıb.

TodayPress TV xəbər verir ki, bu barədə nazirlik sosial şəbəkədə məlumat yayıb.

"Səhiyyə Nazirliyi oktyabrın 19-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin yardımı ilə İsrail hakimiyyəti tərəfindən təhvil verilən 15 meyitin qəbul edildiyini və alınan meyitlərin ümumi sayını 150-yə çatdırdığını bildirir", - məlumatda deyilir.

Nazirlik, həmçinin qeyd edib ki, indiyədək yalnız 25 cəsədin şəxsiyyəti müəyyən edilib

TodayPress TV 

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər