XİN: Bu gün suverenliyin bərpasına aparan yolun başlanğıcı kimi xüsusi əhəmiyyət kəsb edir

XİN: Bu gün suverenliyin bərpasına aparan yolun başlanğıcı kimi xüsusi əhəmiyyət kəsb edir
17.11.2025 10:24 Daxili siyasət

17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycan xalqının milli özünüdərk prosesində, azadlıq və dövlətçilik uğrunda mübarizəsində mühüm tarixi mərhələ olub.

TodayPress TV xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyin “X” hesabındakı paylaşımda öz əksini tapıb.

Bildirilib ki, bu gün xalqımız birliyini, milli iradəsini və müstəqillik əzmini nümayiş etdirərək dövlət suverenliyimizin bərpasına aparan yolun başlanğıcı kimi xüsusi əhəmiyyət kəsb edir.

“Azərbaycan müstəqilliyimizin möhkəmləndirilməsi, ölkəmizin iqtisadi və sosial inkişafının təmin olunması, eləcə də beynəlxalq müstəvidə prinsipial və fəal siyasətin həyata keçirilməsi istiqamətində ardıcıl səylərini davam etdirir.

Bu bayram münasibətilə xalqımıza rifah, əmin-amanlıq və davamlı inkişaf arzulayırıq”, - paylaşımda qeyd edilib.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər