Sahibə Qafarova: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi müstəqilliyi möhkəmlənib

Daxili siyasət

19.11.2025 11:29

Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqazın lider dövləti kimi Azərbaycanın iqtisadi müstəqilliyi möhkəmlənib.

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında deyib.

O qeyd edib ki, müzakirəyə çıxarılan dövlət büdcəsi ölkənin iqtisadi imkanlarının daha da yüksəldilməsinə, "Böyük Qayıdış" dövlət proqramının həyata keçirilməsinə xidmət edəcək:

"İqtisadiyyatın şaxələndirilməsi uğurla davam etdirilir. Qarabağda və Şərqi Zəngəzurda innovasiyalar üzərində qurulan yeni iqtisadi model formalaşır. Qlobal çağırışların gücləndiyi şəraitdə ölkəmiz gəlirlərin artımını, maliyyə ehtiyatlarının möhkəmlənməsini, qeyri-neft sektorunun inkişafını təmin edib".

TodayPress TV

tag: Sahibə Qafarova,Sədr,Çıxış,Parlament,Todaypress.tv,