Prezident Milix Yevdayevi 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milix Yevdayevin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
TodayPress TV xəbər verir ki, o, Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, M.Yevdayev Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədridir.
