Prezident İlham Əliyev: Bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb

Daxili siyasət

12.11.2025 14:53

Bizim bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb. Dövlət xətti ilə, dövlət investisiya proqramları xətti ilə son illər ərzində müsbətə doğru böyük dönüş təmin edilib.

TodayPress TV xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən söyləyib.

Dövlətimizin başçısı deyib: “Bir neçə regional inkişaf proqramının icrası uğurla nəticələnib. Demək olar ki, əsas infrastruktur istiqaməti olan elektrik enerjisi ilə bütün bölgələrdə vəziyyət tam normallaşıb”.

TodayPress TV


tag: İnfrastruktur layihələri , Prezident İlham Əliyev ,Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsi, Regional inkişaf, regional inkişaf,