Media və Yayım Şurası yaradıldı

Media və Yayım Şurası yaradıldı
07.08.2026 12:57 Daxili siyasət

Azərbaycan Respublikası Media və Yayım Şurasının sturukturu formalaşdırılıb.

TodayPress TV xəbər verir ki, sturuktur Prezident İlham Əliyevin 7 avqust tarixli Fərmanı ilə təsdiq edilib.

Azərbaycan Respublikası Media və Yayım Şurası Azərbaycan Respublikası Audiovizual Şurasının hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Şuraya keçir.

Fərmana əsasən, Azərbaycan Respublikası Media və Yayım Şurasının işçilərinin say həddi 108 ştat vahididir.

Fərmanla “Azərbaycan Respublikası Media və Yayım Şurasının strukturu” təsdiq edilib.

Fərmana əsasən, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs ləğv edilib və onun hüquq və öhdəlikləri, habelə əmlakı Azərbaycan Respublikası Media və Yayım Şurasına verilib.

Nazirlər Kabineti bir ay müddətində Azərbaycan Respublikası Audiovizual Şurasının və “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin balansında olan dövlət əmlakının Şuranın balansına verilməsini təmin etməli, cari ildə dövlət büdcəsində Azərbaycan Respublikası Audiovizual Şurası və “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində Şuranın fəaliyyətinin maliyyələşdirilməsinə dair məsələləri həll etməli, Şuranın inzibati bina ilə təmin edilməsi ilə bağlı tədbirlər görməlidir. Eyni zamanda Nazirlər Kabineti Şuranın işçilərinin Azərbaycan Respublikası Audiovizual Şurası və “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin işçiləri hesabına komplektləşdirilməsinin təmin edilməsi ilə əlaqədar tədbirlər görməlidir.


XƏBƏR LENTİ
07 AVQUST 2026
Bütün Xəbərlər