Prezident: Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi

Prezident: Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi
08.11.2025 13:49 Daxili siyasət
1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana apardığı işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdü. Bir milyon Azərbaycan vətəndaşı qaçqın-köçkün vəziyyətinə salınmışdı.

TodayPress TV xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı səsləndirib.

Xalqımıza qarşı hərbi cinayətlərin, Xocalı soyqırımının törədildiyini, etnik təmizləmə siyasəti aparıldığını xatırladan dövlətimizin başçısı bildirib: “Bu, bizim iradəmizi sındırmadı. Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi”.


XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər