Naxçıvan Perinatal Mərkəzinin direktoru işdən azad edildi
Naxçıvan Muxtar Respublikası (MR) Perinatal Mərkəzinin direktoru işdən azad edilib.
TodayPress TV xəbər verir ki, Naxçıvan MR səhiyyə naziri Samiq Sadıxov əmr imzalayıb.
Əmrə əsasən, mərkəzin direktoru Günel Abdiyeva vəzifəsindən azad olunub.
Onun işdə yol verdiyi nöqsanlar və vətəndaşların çoxsayılı şikayətlərinə görə vəzifədən çıxarıldığı bildirilib.