Minatəmizləyənlərə təlimlərin keçirilməsi Qaydası təsdiqləndi

Minatəmizləyənlərə təlimlərin keçirilməsi Qaydası təsdiqləndi
28.11.2025 12:47 Daxili siyasət

Minatəmizləyənlərə standart əməliyyat prosedurlarına dair təlimlərin keçirilməsi qaydası təsdiqlənib.

TodayPress TV xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarın qəbulu ilə Azərbaycan ərazisində minatəmizləmə fəaliyyətinə cəlb olunan dövlət orqanlarının (qurumlarının), hüquqi və fiziki şəxslərin müraciətləri əsasında həm onların minatəmizləyənlərinə, həm də onlar tərəfindən minatəmizləmə fəaliyyətinə cəlb edilməsi planlaşdırılan şəxslərə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən təlimlər keçiriləcək, bununla da həmin şəxslərin vəzifə və öhdəliklərini qənaətbəxş şəkildə yerinə yetirmələri üçün bilik, bacarıq və vərdişlərinin yüksək səviyyədə olması təmin ediləcək.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər