Milli Məclisdə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edildi

Milli Məclisdə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edildi
24.02.2026 11:15 Daxili siyasət

Milli Məclisdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

TodayPress TV xəbər verir ki, bütün şəhidlərə rəhmət diləyən parlamentin spikeri Sahibə Qafarova bildirib ki, Azərbaycan Prezidentinin rəhbərliyi və ordunun qələbəsi nəticəsində xalqımıza qarşı etnik təmizləmələrə son qoyulub.

S.Qafarova əlavə edib ki, Xocalı qurbanlarının da qisası döyüş meydanında alındı:

"Hazırda Xocalıda quruculuq işləri həyata keçirilir".

Spiker təklif edib ki, Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilsin.

Daha sonra parlamentdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər