Enerji içkilərinin aksiz dərəcələri artırılacaq?

Enerji içkilərinin aksiz dərəcələri artırılacaq?
06.11.2025 11:33 Daxili siyasət

Azərbaycanda enerji içkilərinin aksiz dərəcələrinin artırılması nəzərdə tutulur.

TodayPress TV xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Bununla bağlı Vergi Məcəlləsində dəyişiklik edilməsi planlaşdırılır. Təklif olunan dəyişikliyə əsasən, alkoqolsuz energetik içkilərinin hər litrinə görə aksiz dərəcələrinin 3,1 manatdan 3,3 manata, eləcə də tündləşdirilməmiş alkoqollu içkilərin (tərkibindəki spirtin miqdarı 9 %-dən çox olmayan) hər litrinə görə aksiz dərəcələri 0,4 manatdan 0,5 manata çatdırılması nəzərdə tutulur.

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər