Ədliyyə sistemində dəyişiklik edildi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyası “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Regional ədliyyə idarələri haqqında Əsasnamə”nin ləğv edilməsi barədə qərar qəbul edib.
TodayPress TV xəbər verir ki, qərara əsasən, əvvəllər təsdiq edilmiş “Regional ədliyyə idarələri haqqında Əsasnamə” qüvvədən düşmüş hesab edilib.
Sənəd Azərbaycan Respublikasının normativ hüquqi aktlarının vahid internet elektron bazasında dərc olunub.