Cib bıçaqlarının satışının qadağan edilməsi təklif olunur

Cib bıçaqlarının satışının qadağan edilməsi təklif olunur
22.01.2026 12:22 Daxili siyasət

Azərbaycanda qatlanan cib bıçaqlarının satışının qadağan edilməsi təklif olunur.

TodayPress TV xəbər verir ki, bu təkliflə Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərli komitənin bugünkü iclasında deyib.

Onun sözlərinə görə, həmin vasitələr daha çox yeniyetmə və gənclər üçün maraqlıdır:

"Gənclər arasında bıçaqlanma hadisələrinin tez-tez baş verməsi təəssüf doğurur. Statistika göstərir ki, hadisələr daha çox cibdə gəzdirilən, qatlanan bıçaqlarla törədilir. Ona görə də həmin bıçaqların satışı və istifadəsinin qadağan olunması məqsədəuyğundur".

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər