Ceyhun Bayramov 20 Yanvar şəhidlərini andı

Ceyhun Bayramov 20 Yanvar şəhidlərini andı
20.01.2026 09:18 Daxili siyasət

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 20 Yanvar faciəsinin qurbanlarını yad edib.

TodayPress TV xəbər verir ki, nazir faciənin 36-cı ildönümü ilə bağlı "X" sosial şəbəkə hesabında paylaşım edib.

"20 Yanvar - Ümumxalq Hüzn Günü xalqımızın azadlıq iradəsinin, milli ləyaqətinin və dövlətçilik əzminin parlaq təzahürüdür. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi naminə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirəm. Şəhidlərimizin xatirəsi qəlbimizdə daim yaşayacaq", - nazir qeyd edib.

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər