Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində keçirilən tədbirdə iştirak edirlər

Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində keçirilən tədbirdə iştirak edirlər
13.11.2026 15:38 Tədbirlər

COP31 çərçivəsində Azərbaycanın pavilyonunda “SEA IN RETREAT: Xəzər cəbhəsində iqlim, təbiət və insanlar” (Climate, Nature and People on the Caspian Frontline) adlı tədbir keçirilir.

TodayPress TV-nin Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva iştirak edirlər.

Tədbirdə Xəzər dənizinin ekoloji vəziyyəti, iqlim dəyişmələrinin dənizə təsiri, biomüxtəlifliyin qorunması və sahilyanı ərazilərdə yaşayan insanların üzləşdiyi problemlər müzakirə olunur.

Tədbirin adı Xəzər dənizində müşahidə olunan geriləməyə və bunun təbiətə, iqlimə və insanlara təsirlərinə diqqət çəkir.

Qeyd edək ki, COP31 Türkiyənin Antalya şəhərində keçirilir. Azərbaycanın pavilyonu sammit çərçivəsində ölkənin ekoloji təşəbbüslərinin və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətinin təqdim olunduğu məkanlardan biridir.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
13 NOYABR 2026
Bütün Xəbərlər