Bir vəkil kollegiyadan çıxarıldı, 2 nəfər cərimələndi
Yol verilən intizam pozuntularına görə 1 vəkil Vəkillər Kollegiyasından xaric edilib.
TodayPress TV xəbər verir ki, bu barədə VK Rəyasət Heyəti qərar verib.
Bundan başqa, 2 vəkil barəsində cərimə intizam tənbehi tətbiq olunub, 3 vəkilə xəbərdarlıq edilib, 1 vəkilin isə gələcək peşə fəaliyyətində qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi riayət etməsi diqqətə çatdırılıb.