Jurnalistlər üçün kibertəhlükələrdən qorunmaq üçün maarifləndirmə sessiya keçirilib

Jurnalistlər üçün kibertəhlükələrdən qorunmaq üçün maarifləndirmə sessiya keçirilib
12.11.2026 10:42 Tədbirlər

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi jurnalistlər üçün təhlükəsiz rəqəmsal mühit və süni intellektdən təhlükəsiz istifadə mövzusunda maarifləndirici sessiya təşkil edib.

TodayPress TV xəbər verir ki, “Media üçün rəqəmsal səriştələr” proqramı çərçivəsində keçirilən görüşdə kibertəhlükələrdən qorunma, rəqəmsal təhlükəsizlik və süni intellekt texnologiyalarından məsuliyyətli istifadə məsələləri müzakirə olunub.

Tədbirin açılışında Agentliyin sədr müavini Şahin Əliyev çıxış edərək rəqəmsal mühitdə təhlükəsizliyin təmin olunmasının əhəmiyyətinə toxunub.

Daha sonra Agentlik direktorunun müavini İlkin Əzimov ölkədə hazırlanan kibertəhlükəsizlik məhsulları, SİEM platforması və kritik informasiya infrastrukturunun qorunması istiqamətində görülən işlər barədə məlumat verib.

O, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi ilə əməkdaşlıqdan, universitetlərdə laboratoriyaların yaradılmasından və mütəxəssis hazırlığından danışıb. Bildirib ki, proqramlarda iştirak edən tələbələrin 90 faizdən çoxu müvafiq sektorda fəaliyyətə başlayıb.

İ.Əzimov çıxışında İsraillə kibertəhlükəsizlik sahəsində əməkdaşlığa da toxunub. O, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin İsrailin Technion Texnologiya İnstitutu ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərdiyini bildirib.

Sessiya çərçivəsində jurnalistlərə şifrələrdən düzgün istifadə, güclü şifrələrin yaradılması, şəxsi hesabların qorunması və kibertəhlükələrdən müdafiə yolları da izah olunub. Rəqəmsal təhlükəsizliyin təmin edilməsinə dair praktiki tövsiyələr verilib.

Tədbirin davamında iştirakçılar arasında viktorina (quiz) keçirilib, sualları düzgün cavablandıran qaliblər mükafatlandırılıblar.


Jalə Rövşən

FOTOLAR

Jurnalistlər üçün kibertəhlükələrdən qorunmaq üçün maarifləndirmə sessiya keçirilib — 1
Jurnalistlər üçün kibertəhlükələrdən qorunmaq üçün maarifləndirmə sessiya keçirilib — 2
Jurnalistlər üçün kibertəhlükələrdən qorunmaq üçün maarifləndirmə sessiya keçirilib — 3
Jurnalistlər üçün kibertəhlükələrdən qorunmaq üçün maarifləndirmə sessiya keçirilib — 4
Jurnalistlər üçün kibertəhlükələrdən qorunmaq üçün maarifləndirmə sessiya keçirilib — 5
XƏBƏR LENTİ
12 NOYABR 2026
Bütün Xəbərlər