Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi
13.11.2026 16:17 Siyasət

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində 14 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən ağır yol qəzası ilə bağlı başsağlığı verib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Azərbaycan XİN həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananlara isə tez bir zamanda şəfa arzulayıb.

Azərbaycanın bu ağır gündə BƏƏ ilə həmrəy olduğu vurğulanıb.

TodayPress TV

XƏBƏR LENTİ
13 NOYABR 2026
Bütün Xəbərlər