İranlılar körpələri öldürür və mikrodalğalı sobalara salırlar: iddia - VİDEO

İranlılar körpələri öldürür və mikrodalğalı sobalara salırlar: iddia - VİDEO
13.11.2026 17:58 Dünya

ABŞ Konqresinin üzvü Co Vilson İranı körpələri öldürməkdə və onların cəsədlərini mikrodalğalı sobalara yerləşdirməkdə ittiham edib. 

TodayPress TV xəbər verir ki, sosial mediada yayılan videoda jurnalist Vilsondan İrana qarşı müharibənin maliyyələşdirilməsinin davam etdirilməsini dəstəkləyib-dəstəkləmədiyini soruşub.

O, seçicilərin 74 faizinin bu məsələyə qərarlarında mühüm yer verdiyini xatırladıb. Vilson isə cavabında “Mən körpələri öldürən və onları mikrodalğalı sobalara salan terrorçulara qarşıyam” deyib.

Jurnalist konqresmenin iddiasını dəqiqləşdirərək “Körpələri mikrodalğalı sobalara kim salır? İran? Bunu haradan eşitmisiniz? Mən buna dair heç bir sübut görməmişəm” sualını ünvanlayıb.

Vilson isə “Gedib özünüz görməlisiniz” cavabını verib.

Söhbətin davamında jurnalist Minab şəhərində 160 qız şagirdin ölümü ilə nəticələnən məktəb bombardmanını xatırladaraq, ABŞ-ın bu hadisəyə görə məsuliyyətini gündəmə gətirib. Lakin Vilson məktəbin bombalanması ilə bağlı sualı “yalan təbliğat” adlandıraraq rədd edib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
13 NOYABR 2026
Bütün Xəbərlər