Vens prezidentliyə namizədlikdən imtina edə bilər
Cey Di Vens 2028-ci il prezident seçkilərində iştirakdan imtina edə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Nəşrin yazdığına görə, Respublikaçıların aralıq seçkilərdəki ağır məğlubiyyətindən sonra ABŞ-ın vitse-prezidenti Cey Di Vens 2028-ci il prezident seçkilərində iştirak etməmək ehtimalını nəzərdən keçirir.
Vensin müttəfiqləri populyarlığını itirən İran müharibəsinin və MAGA koalisiyası daxilindəki parçalanmanın onun seçki perspektivləri ilə bağlı ciddi şübhələr yaratdığını bildirirlər.
Vens açıq şəkildə Respublikaçıların məğlubiyyətində İran müharibəsini günahlandırıb. Bu mövqeyinin Donald Trampı qəzəbləndirdiyi bildirilir. Eyni zamanda, mümkün Respublikaçı rəqiblər artıq 2028-ci il prezident seçkiləri üçün hazırlıqlara başlayıblar.
Vensə yaxın şəxslərdən biri onun siyasi karyerasını gələcəkdə davam etdirmək üçün kifayət qədər gənc olduğunu bildirərək, “Sadəcə onun vaxtı çatmaya bilər”, - deyə qeyd edib.
Jalə Rövşən