Nizami İmranov yarımfinalda, Gültac Məmmədəliyeva medal astanasında!

Nizami İmranov yarımfinalda, Gültac Məmmədəliyeva medal astanasında!
13.11.2026 17:31 İdman

Azərbaycan cüdoçuları bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə start götürən Qran-pri turnirində mübarizəyə başlayıblar.

TodayPress TV xəbər verir ki, yarışın ilk günündə millimizin dörd üzvü üç çəki dərəcəsində tatamiyə çıxıb.

Qadın cüdoçularımızdan Gültac Məmmədəliyeva 52 kq çəki dərəcəsində bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. İdmançımız təsəlliverici görüşdə rəqibinə qalib gələrək medal şansını qoruyub.

Kişilərin yarışında isə Nizami İmranov uğurlu çıxışı ilə diqqət çəkib. 66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz 1/4 final mərhələsində Mərakeş təmsilçisi Abderrahman Buşitanı vaza-ari xalı ilə məğlub edərək yarımfinala yüksəlib.

Azərbaycan millisinin digər üzvü Murad Muradlı isə mübarizəni dayandırıb. 60 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz 1/16 finalda fransalı, Olimpiya mükafatçısı Luka Mxeidzeyə məğlub olub.

Turan Bayramov da mübarizəni 1/16 final mərhələsində dayandırıb. 66 kq çəki dərəcəsində çıxış edən idmançımız bu mərhələdə almaniyalı Florian Bökerə məğlub olub.

Namiq HUN

XƏBƏR LENTİ
13 NOYABR 2026
Bütün Xəbərlər