Bahar Muradova və Mahinur Özdemir Göktaş Azərbaycan pavilyonunu ziyarət ediblər

Bahar Muradova və Mahinur Özdemir Göktaş Azərbaycan pavilyonunu ziyarət ediblər
13.11.2026 16:37 Gündəm

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş COP31 çərçivəsində Azərbaycanın milli pavilyonunu ziyarət ediblər.

TodayPress TV-nin Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, ziyarət zamanı qonaqlar pavilyonda təqdim olunan layihə və təşəbbüslərlə tanış olub, Azərbaycanın ətraf mühitin mühafizəsi, iqlim dəyişmələri ilə mübarizə və dayanıqlı inkişaf istiqamətlərində həyata keçirdiyi fəaliyyətlər barədə məlumat alıblar.

Baxış zamanı Bahar Muradova və Mahinur Özdemir Göktaş arasında səmimi söhbət olub, müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, COP31 Türkiyənin Antalya şəhərində keçirilir.

Qiymət Mahir




XƏBƏR LENTİ
13 NOYABR 2026
Bütün Xəbərlər