“Formula-1”də milyardlıq yarış: “Ferrari” zirvədə!
“Ferrari” 2026-cı ilin yekunlarına əsasən “Formula-1”in ən bahalı komandaları reytinqinə başçılıq edib.
TodayPress TV “Sportico” nəşrinə istinadən xəbər verir ki, İtaliya komandasının dəyəri 8,2 milyard dollara çatıb. İlk üçlükdə həmçinin “Mercedes” və “McLaren” qərarlaşıb.
“Ferrari” ardıcıl dördüncü ildir reytinqin lideridir. Son bir ildə komandanın dəyəri 28 faiz artıb. “Mercedes” 7,75 milyard dollarla ikinci yerdə qərarlaşıb. Almaniya təmsilçisinin dəyəri ötən illə müqayisədə 32 faiz yüksəlib. İlk üçlüyü 6,3 milyard dollarla “McLaren” tamamlayıb. Britaniya komandasının göstəricisi isə 33 faiz artıb.
Ümumilikdə, “Formula-1” komandalarının orta dəyəri son bir ildə 33 faiz, 2023-cü illə müqayisədə isə 197 faiz yüksəlib. Çempionatda iştirak edən 11 kollektivin ümumi dəyəri təxminən 50 milyard dollar təşkil edir.
2026-cı ildə “Formula-1”in ən bahalı komandalarının reytinqi
1 “Ferrari” 8,2 mlrd. dollar 28%
2 “Mercedes” 7,75 mlrd. dollar 32%
3 “McLaren” 6,3 mlrd. dollar 33%
4 “Red Bull” 5,6 mlrd. dollar 30%
5 “Aston Martin” 4,15 mlrd. dollar 38%
6 “Alpine” 3,28 mlrd. dollar 58%
7 “Williams” 3,24 mlrd. dollar 51%
8 “Racing Bulls” 3,05 mlrd. dollar 49%
9 “Audi” 3 mlrd. dollar 60%
10 “Haas” 2,8 mlrd. dollar 67%
11 “Cadillac” 2,7 mlrd. dollar —
Namiq HUN