Bahar Muradova COP31 çərçivəsində keçirilən layihənin təqdimatında iştirak edir

Bahar Muradova COP31 çərçivəsində keçirilən layihənin təqdimatında iştirak edir
13.11.2026 14:54 Tədbirlər

Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində “Qadınlarla tullantısız dayanıqlı həyat” layihəsinin təqdimatı keçirilir.

TodayPress TV-nin Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbir Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi və Sıfır Tullantı Fondu tərəfindən təşkil olunub.

Layihənin təqdimatında Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da iştirak edir.

Tədbirdə qadınların dayanıqlı həyat tərzinin təşviqində rolu, tullantıların azaldılması, ekoloji məsuliyyətin artırılması və sıfır tullantı yanaşmasının gündəlik həyata inteqrasiyası ilə bağlı məsələlər diqqət mərkəzində olacaq. 


Qiymət Mahir

XƏBƏR LENTİ
13 NOYABR 2026
Bütün Xəbərlər