“Mançester Yunayted” böhrandan çıxış yolunu Poçettinoda gördü!
“Mançester Yunayted”in yeni baş məşqçisi bəlli olub.
TodayPress TV xəbər verir ki, İngiltərə klubunun mətbuat xidməti argentinalı mütəxəssis Maurisio Poçettinonun əsas komandanın baş məşqçisi təyin olunduğunu açıqlayıb.
Tərəflər arasında 2029-cu ilə qədər müqavilə imzalanıb.
Poçettino daha əvvəl İngiltərənin “Sauthempton”, “Tottenhem” və “Çelsi” klublarına rəhbərlik edib. O, həmçinin ABŞ milli komandasının baş məşqçisi vəzifəsində çalışıb. Argentinalı mütəxəssisin rəhbərliyi altında ABŞ yığması 2026-cı il dünya çempionatının 1/8 final mərhələsinə qədər irəliləyib.
“Mançester Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində hazırda 18-ci pillədə qərarlaşıb. Komanda cari mövsümün ilk 10 turunda cəmi bir qələbə qazanıb.
“Qırmızı şeytanlar” növbəti turda “Enfild”da “Liverpul”un qonağı olacaq. Noyabrın 22-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Namiq HUN