Ermənistanda saxlanılan Nəsimi Musayevin istintaqı başa çatdı

Ermənistanda saxlanılan Nəsimi Musayevin istintaqı başa çatdı
13.11.2026 17:10 Gündəm
Ermənistanda saxlanılan Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayevin işi üzrə ibtidai istintaq başa çatıb.

TodayPress TV "NEWS.am"a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, iş ittiham aktı ilə təsdiq olunması üçün nəzarətçi prokurora göndərilib.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Azərbaycan hərbçisi Nəsimi Musayev 2026-cı il oktyabrın 1-də saat 14:00 radələrində Ermənistanın Sünik vilayətinin Şaki kəndindəki yaşayış evinə daxil olub və aşkar edildikdən sonra odlu silahdan atəş açıb. Hadisə nəticəsində 1987-ci il təvəllüdlü Ani Avetisyan yaralanıb.

Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyan noyabrın 3-də açıqlamasında Nəsimi Musayevin öldürmək niyyətinin olmadığını, ifadəsində duman səbəbindən yolu azdığını bildirdiyini qeyd edib.

TodayPress TV
XƏBƏR LENTİ
13 NOYABR 2026
Bütün Xəbərlər