İsrail Qəzzaya çadır və humanitar yardım göndərib - VİDEO

İsrail Qəzzaya çadır və humanitar yardım göndərib - VİDEO
13.11.2026 17:16 Dünya

İsraildən Qəzzaya  çadır və humanitar yardım çatdırılıb. 

TodayPress TV xəbər verir ki, bu barədə RT məlumat yayıb.

İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, Qəzzaya ümumilikdə 93 min çadır və humanitar yardımla dolu yük maşını çatdırılıb.

Qeyd edilib ki, son musson yağışları və fırtınalar nəticəsində biri körpə olmaqla, 5 nəfər həyatını itirib.  Daşqınlar səbəbindən 70 mindən çox qəzzalı çadırsız qalıb. 

Məlumatda İsrailin Qəzzada yaşayış evlərini dağıtması və ərazidə məskunlaşma siyasəti də tənqid olunub. Qeyd edilib ki, insanların evlərini itirməsinə səbəb olan dağıntılar dayandırılarsa, çadır və digər humanitar ləvazimatlara ehtiyac da azalacaq.

Jalə Rövşən 

XƏBƏR LENTİ
13 NOYABR 2026
Bütün Xəbərlər