Apple-ın bu smartfonunu alanların əksəriyyəti peşman olur

Apple-ın bu smartfonunu alanların əksəriyyəti peşman olur
13.11.2026 17:36 Maraqlı

9to5Mac nəşrinin təxminən 6 min erkən alıcı arasında keçirdiyi sorğu Apple-ın qatlanan smartfonu iPhone Duo ilə bağlı ciddi narazılıqları üzə çıxarıb.

TodayPress TV xəbər verir ki, sorğunun nəticələrinə əsasən, istifadəçilərin təxminən üçdə biri cihazı geri qaytarıb.

Narazılıqlar əsasən Touch ID barmaq izi sensoru, kameraların imkanları və kiçik xarici ekranla bağlıdır.

Bundan əlavə, bəzi istifadəçilər menteşə mexanizminə qum dolması və onun ilişib qalması problemini də qeyd ediblər. Bu hallar cihazın davamlılığı və gündəlik istifadəyə yararlılığı ilə bağlı suallar yaradıb.

Jalə Rövşən 

XƏBƏR LENTİ
13 NOYABR 2026
Bütün Xəbərlər