Dövlət qurumlarının adından saxta mesajlar göndərilir - İlkin Əzimov

Dövlət qurumlarının adından saxta mesajlar göndərilir - İlkin Əzimov
12.11.2026 11:06 Tədbirlər

Süni intellekt kibertəhdidləri gücləndirir. 

TodayPress TV xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin direktor müavini İlkin Əzimov jurnalistlər üçün keçirilən “Media üçün rəqəmsal səriştələr” təlimində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, son dövrlər dövlət qurumlarının adından vətəndaşlara saxta mesajlar göndərilir. Süni intellektin geniş istifadəsi kiberhücumların daha mürəkkəb və effektiv həyata keçirilməsinə şərait yaradır.

İ.Əzimov qeyd edib ki, təlimin məqsədi jurnalistlərin kibertəhlükəsizlik biliklərini artırmaq və gündəlik işlərində təhlükəsiz rəqəmsal vərdişlər formalaşdırmaqdır.

Jalə Rövşən

XƏBƏR LENTİ
12 NOYABR 2026
Bütün Xəbərlər